Elmar Məmmədyarov yeni səfiri qəbul edib

Elmar Məmmədyarov yeni səfiri qəbul edib
  04 Noyabr 2014    Oxunub:1247
Xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul edib. XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş əsnasında səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşneh etimadnaməsinin surətini təqdim edib. Nazir səfirə yeni diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Nassar İbrahim Məhəmməd Əl-Habaşneh ölkələr arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti