Ölkəmizin ərazi sularında SOS siqnalı verilib

Ölkəmizin ərazi sularında SOS siqnalı verilib
  04 Noyabr 2014    Oxunub:1316
Azərbaycan Respublikasının ərazi sularının cənub hissəsində, sahildən 50-55 dəniz mili məsafədə Rusiya Federasiyasının bayrağı altında üzən, İran İslam Respublikasına məxsus “Amur 2504” gəmisi yanacağının bitməsi səbəbindən təhlükəli vəziyyətlə qarşılaşdığından Həyəcan( SOS) siqnalı verib.

AzVision.az xbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidməti yayıb. Məlumatda qeyd olunur ki, Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən qəbul edilib Həyəcan(SOS) siqnalı əsasında həmin dəniz ərazisində dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və adıçəkilən gəminin yanacaqla təmin olunması məqsədilə operativ tədbirlər həyata keçirilərək qeyd olunan gəminin təhlükəsiz hərəkəti bərpa edilib. “Amur 2504” gəmisi bu gün yerli vaxtla saat 11:30-da Ənzəli Limanı istiqamətində səfərinə davam edib.

AzVision.az


Teqlər:





Xəbər lenti