MTN-dən facebook istifadəçilərinə xəbərdarlıq

MTN-dən facebook istifadəçilərinə xəbərdarlıq
  04 Noyabr 2014    Oxunub:2607
"Facebook" sosial şəbəkəsində adında Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası ilə əlaqəli rekvizitlərin (ad, simvol və s.) olduğu bəzi hesab, səhifə və qruplar mövcuddur.

AzVsion.az xəbər verir ki, həmin sosial şəbəkə resurslarının Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyəti yoxdur. Nazirliyin fəaliyyəti ilə bağlı informasiyalarda müvafiq hesab, səhifə və qruplardakı məlumatlara istinad olunmamalıdır.

Əlavə olaraq bildiririk ki, nazirliyin rəsmi sosial şəbəkə resursları aşağıdakılardır:
1. "Facebook" sosial şəbəkəsində - "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi" səhifəsi (www.facebook.com/azerbaijanmns);
2. "Twitter" sosial şəbəkəsində - "MTN Azərbaycan" səhifəsi (twitter.com/AzerbaijanMNS).

AzVision.az


Teqlər:  



Xəbər lenti