Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
  04 Noyabr 2014    Oxunub:1210
Azərbaycan prezidenti İlham Əliyev “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun tətbiqinə dair sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat vermək tapşırılıb.

Nazirlər Kabineti həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə 5 ay müddətində dövlət başçısına məlumat verməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.


Teqlər:





Xəbər lenti