Diplomatlar regionlarımızı gəzdi

Diplomatlar regionlarımızı gəzdi
  04 Noyabr 2014    Oxunub:1041
Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin ölkəmizin şimal-qərb marşrutu üzrə səfəri təşkil olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə təşkil edilən səfərin məqsədi regionların turizm imkanlarının və sosial-iqtisadi inkişafının tanıdılmasıdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildirilblər ki, səfər çərçivəsində diplomatların Şəkidə və Qəbələdə yerləşən bir sıra tarixi yerlər, turizm məkanları və Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq son dövrlər istifadəyə verilmiş ictimai obyektlərlə tanışlıqları nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti