Ramil Usubovun kadr dəyişiklikləri təsdiqləndi

Ramil Usubovun kadr dəyişiklikləri təsdiqləndi
  04 Noyabr 2014    Oxunub:2502
Daxili İşlər Nazirliyi kadr dəyişikliyi ilə bağlı mətbuatda yayılan məlumatları təsdiqləyib.
AzVision.az xəbər verir ki, daxili işlər orqanlarında həyata keçirilən kadr dəyişikliyi ilə bağlı faktı DİN-in mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, yeni dəyişikliyə görə Rafiq Abbasov DİN-in idarə rəisi, Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov isə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti