Hərbi Dəniz Qüvvələrimiz döyüş hazırlığında - FOTOLAR

Hərbi Dəniz Qüvvələrimiz döyüş hazırlığında - FOTOLAR
  05 Noyabr 2014    Oxunub:2001
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Hərbi Dəniz Qüvvələrində döyüş hazırlıq üzrə intensiv məşqlər keçirilir.

AzVision.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin rəhbərliyi və Hərbi Dəniz Qüvvələri komandanlığı gəmilər və heyət tərəfindən qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsi səviyyəsi, döyüş manevretmə və idarəetmə, həmçinin qarşılıqlı əlaqə imkanlarını yoxlayır.

Təlim-məşqləri Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığı səviyyəsinin artırılması, o cümlədən Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birgə keçiriləcək təlimlərə hazırlıq məqsədi daşıyır.

Qalereya




Teqlər:  





Xəbər lenti