Orta məktəblərdə dərs ilinin müddəti uzadıldı

Orta məktəblərdə dərs ilinin müddəti uzadıldı
  05 Noyabr 2014    Oxunub:3242
Dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq
Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alıb və dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbının nümunəvı nizamnaməsı”nə dəyişiklik edib. Dəyişikliyə əsasən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.
Dərs ili iki yarımilə bölünəcək, birinci yarım il sentyabrın 15-dən yanvarın 26-na kimi, ikinci yarımil fevralın 1-dən iyunun 14-nə kimi davam edəcək.

Dərs ili ərzində tətillər 5 gün payız tətili- noyabrın 16-dan 20-nə kimi davam edəcək. Qış tətili isə 5 gün olacaq, bu da yanvarın 27-dən 31-nə kimi davam edəcək.

Bundan əlavə ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili müəyyənləşdiriləcək. Bu tətili mayın 1-dən 5-nə kimi olacaq.

Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazilərində dərs ili müddətində və tətıl günlərində dəyişikliklər edilə bilər.

Qeyd edək ki, bu günə qədər ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatıb. Dərs ili 15 sentyabr - 29 dekabr və 6 yanvar - 31 may olmaqla iki yarımilə bölünüb. Dərs ili ərzində 6 gün payız tətili (12-17 noyabr), 7 gün qış tətili (30 dekabr - 5 yanvar), 8 gün yaz tətili (17-24 mart) və birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil müəyyən edilib. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, yerli təhsil orqanları ilə razılaşdırmaqla, tətil günlərində dəyişiklik edilə bilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti