Jurnalistlər üçün yazı müsabiqəsi

Jurnalistlər üçün yazı müsabiqəsi
  05 Noyabr 2014    Oxunub:1833
Multimedia Mərkəzi tərəfindən “Onlayn Media” müsabiqəsi təşkil olunur.
AzVision.az xəbər verir ki, müsabiqədə ölkədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, elektron xidmətlərin hazırlanması və tətbiqini araşdıran, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən yazan jurnalistlər və bloggerlər iştirak edə bilər.

Müsabiqəyə 01 sentyabr 2014-cü ildən 15 noyabr 2014-cü il tarixədək dərc edilən yazılar qəbul olunur. Materialların qəbulu 20 noyabr 2014-cü il tarixədək həyata keçiriləcək.

Müsabiqəyə təqdim olunan yazıların Onlayn media resurslarında (onlayn xəbər resursları, populyar xəbər bloqları (son 1 il ərzində yaradılan bloqlar) və s) dərc olunması vacibdir. Müsabiqəyə təqdim olunan materialın orjinalı Azərbaycan dillində çap edilmiş olmalıdır. Yazı mətninin həcmi 4.500 – 5.500 işarə arasında olmalıdır.

Müsabiqədə 1-ci , 2-ci və 3-cü yerləri tutanlara və fərqlənənlərə diplomlar və qiymətli hədiyyələr təqdil olunacaq. Qalib gələn yazılar Layihənin saytında (www.telim.org) dərc olunur.

Müsabiqənin təxmini mövzuları:

1. Azərbaycanda informasiya cəmiyyəti quruculuğu;

2.Ölkidə İKT -nin, mobil texnologiyaların inkişafı;

3.Elektron hökumət və vətəndaş cəmiyyəti;

4.Elektron xidmətlərin analizi;

5.Elektron xidmətlərə keçid

6. Ekektron hökumət və sosial media və s.

Həmçinin müsabiqə çərçivəsində artıq ikinci ildir ki, keçirilən Tvitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunur. Müsabiqənin iştirakçıları, ölkədə elektron hökumət quruculuğu ilə bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin, təklif və rəylərin sahibləri- mikrobloqçular olacaq.

Müsabiqə çərçivəsində olan bu tip tvitlər 01 sentyabrdan 15 noyabr tarixədək müddətdə yalnız #ehokumət həştəqi vasitəsilə yazılmalıdır:

Həmçinin layihə çərçivəsində tələbələr arasında Twitter mikrobloqunda e-təhsil, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı yarışma da təşkil olunur.

Tələbələr təhsilin informasiyalaşdırılması, elektron təhsil, distant təhsil, elektron tədris resursları, sosial medianın təhsilin keyfiyyətinin qaldırılmasında rolu və s. bu kimi sahələr üzrə faydalı fikirlərini, təklif və rəylərini Twitter şəbəkəsində açıqlayırlar.

Müsabiqə çərçivəsində olan bu cür tvitlər 01 sentyabrdan 15 noyabr müddətində #etehsil həştəqi ilə yazılmalıdır.

Müsabiqə Multimedia Mərkəzi tərəfindən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

Müsabiqə haqqında daha geniş məlumatı : https://azvision.az/redirect.php?url=http://telim.org/onlayn-media-2014-musabiq%C9%99si/linkindən əldə etmək olar.


Teqlər:





Xəbər lenti