Məktəblərdən şikayəti olan valideynlərin diqqətinə

Məktəblərdən şikayəti olan valideynlərin diqqətinə
  05 Noyabr 2014    Oxunub:1919
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.
İdarədən AzVision.az-a verilən məlumata görə, növbəti səyyar qəbullar noyabrın 7-də Suraxanı və Yasamal rayonlarında keçiriləcək.

Suraxanı rayonu üzrə 317 №li məktəbdə keçiriləcək səyyar qəbula Zığ qəsəbəsində yerləşən 65, 317, Dədə Qorqud qəsəbəsində yerləşən 315, Hövsan qəsəbəsində yerləşən 76, 118, 196, 270, 280, 281 №li məktəblərin, 40 №-li Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Yasamal rayonu üzrə 18 №li məktəbdə keçiriləcək səyyar qəbula isə 18, 20, 31, 38, 52, 150, 161, 225, 286, 308 №li məktəblərin, 7 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Tennis İdman Məktəbi, 8 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Şahmat Dama İdman Məktəbi, 11 №-li Uşaq-Gənclər İdman Məktəbinin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10:00-da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.


Teqlər:  





Xəbər lenti