Qubadakı ana ölümü ilə bağlı cinayət işi açıldı

Qubadakı ana ölümü ilə bağlı cinayət işi açıldı
  05 Noyabr 2014    Oxunub:1547
Qubada qeydə alınan ana ölümü ilə bağlı cinayət işi başlandı
Noyabrın 3-də Qusar rayonunun Hil-oba kənd sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərnişan Dəmir qızının Quba Rayon Perinatal Mərkəzində doğuşdan sonra vəfat etməsi ilə əlaqədar Quba rayon prokurorluğunda müvafiq araşdırmalar aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Z.Aslanova oktyabrın 23-də “39 həftəlik hamiləlik, baş gəlişi yalançı doğuş sancısı” diaqnozu ilə Perinatal Mərkəzə daxil olub və noyabrın 2-də saat 23:20-də oğlan uşağı dünyaya gətirib. Həmin gün saat 23:35-də baş vermiş qanaxma ilə əlaqədar əməliyyat edilib, lakin göstərilən tibbi yardımlara baxmayaraq ertəsi gün saat 15:50-də vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti