Rövnəq Abdullayev “Azərneftyağı bağlayır”

Rövnəq Abdullayev “Azərneftyağı bağlayır”
  05 Noyabr 2014    Oxunub:1970
“Zavodun istismarı dayandırılacaq”.
“Azərneftyağ” Neft Emalı Zavodunun yaxın 2-3 ilə istismarının dayandırılması planlaşdırılır.

AzVision.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin prezidenti (SOCAR) Rövnəq Abdullayev bildirib.

SOCAR prezidenti qeyd edib ki, istismarın dayandırılmasından sonra zavodun binası da söküləcək:

“Zavodun fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görülür. Yəqin ki, 2017-ci ilə bitum və müəyyən yağ istehsalı Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcək. Bundan sonra isə zavodun istismarı dayandırılacaq”, - deyə o əlavə edib.


Teqlər:





Xəbər lenti