Xədicə İsmayıldan Əli Kərimlinin müavininə ittihamlar

Xədicə İsmayıldan Əli Kərimlinin müavininə ittihamlar
  05 Noyabr 2014    Oxunub:1861
`Azadlıq` radiosunun əməkdaşı Xədicə İsmayıl və AXCP sədrinin müavini Razi Nurullayev facebook-da bir-birlərini qarşılıqlı ittihamlara məruz qoyublar.

Xədicə İsmayıl öz profilində yazıb ki, “Razi Nurullayevdən narahatam. Şəxsiyyətin ikiləşməsi problemləri ilə bağlı mütəxəssislərə müraciət etmək lazımdır. Amma Razi Nurullayevdən də çox Obamadan narahatam. `İndi Azərbaycanda QHT qanunvericiliyi QHT fəaliyyətini mümkünsüz edib` deyən Obamaya deyəcəklər ki, az danış, bizim öndə gedən müxalifət partiyasının sədr müavini deyir hər şey yaxşıdır, sənə nə düşüb? Yazıq Barak Hüseynoviç düşəcək təkərə. Gəl, indi bunlara izah elə ki, bizim müxalifət partiyalarında hökumətlə əlaqələr üzrə müavin postu formalaşmaqdadır. Cəbhəçilər də bizi intizarda qoymasın. Ayrı nə sürprizləri var, bəri başdan qoysunlar ortaya”.

Hazırda ölkədə olmayan Razi Nurullayev isə buna cavab olaraq yazıb ki, öz yanaşmasını daha doğru hesab edir: “Mənim yumşaq tərzim ola bilər, amma bu, siz deyənlə əlaqəli deyil. Hər kəsin öz tərzi var. Məsələn, nə qədər çalışsam da sizin kimi yazdığınız bu statusu yaza bilmərəm. Bu qədər ironiya, özündənrazılıq və ittiham etmə cəhdləri. Mən ölkədə yoxam, dünən çıxmışam. Dünən hava limanında ailə üzvlərimin (həyat yoldaşım və qızlarım) və bütün sərnişinlərin gözü qarşısında məni alçaldıcı yoxlamaya məruz qoydular, passport kontroldan çıxarıb geri qaytardılar, dar bir otağa salıb təpədən dırnağa yoxladılar, suallar verdilər, alçaltdılar. Orada məni tanıyan sərnişinlər vardı. Onlar şahid oldular ki, necə incidildim. Ailə üzvlərim mənimlə olmasaydı, daha nə qədər incidiləcəyimi bilmirdim. Mənim yazmaq imkanlarım məhduddur hazırda. Nə yazsanız sonra baxa biləcəyəm”.

Cavabında Xədicə İsmayıl yazıb ki, “...Biz deyirik, yeni qaydalar və qanunlar xarici fondların müstəqil vətəndaş cəmiyyətilə əməkdaşlığını mümkünsüz edir, siz deyirsiniz, yox, imkanlar var, işləmək olar. Belə çıxır, kim işləmirsə, günah onlardadır? Hələ Dövlət Dəstəyi Şurasına reveranslarınızı hara yazacağımı bilmirəm. Bu Şuranın məqsədi müstəqilləri pulla alıb, susdurmaqdır zatən. Göründüyü kimi, pis alınmır”.


Teqlər:





Xəbər lenti