Sabahdan hava isinir

Sabahdan hava isinir
  05 Noyabr 2014    Oxunub:1561
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 3-6, gündüz 9-14 dərəcə isti olacaq.

Rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskin olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 1-6 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlıq ərazilərdə gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti