İnternatda yandırılan şagirdlə bağlı nazirlikdən AÇIQLAMA

İnternatda yandırılan şagirdlə bağlı nazirlikdən AÇIQLAMA
  05 Noyabr 2014    Oxunub:1614
Təhsil Nazirliyi 11 saylı İnteqrasiya təlimli internat məktəbində bır şagirdin digərin yandırması barədə yayılan məlumatlarla bağlı açıqlama verıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 30-da 11 saylı İnteqrasiya təlimli internat məktəbin şagirdi Surxay çay içmək istəyərkən internat yoldaşı Fateh Quluzadə onun əlinə toxunduğundan Fatehin çiyin nahiyəsində yüngül yanıq əmələ gəlib. Hadisə ani zamanda baş verib, dərhal tərbiyəçi və dayə Fatehə ilk tibbi yardım göstəriblər.

Yanıq kəskin dərəcəli olmadığından uşağın xəstəxanaya aparılmasına ehtiyac qalmayıb.

Hazırda uşağın səhhəti tam normaldır, dərslərdə iştirak edir və sinif yoldaşları ilə oynayır, eyni zamanda internat məktəbinin tibb bacısının gündəlik diqqət və qayğısı ilə əhatə olunub.

Uşağın valideyni dərhal internat məktəbinin rəhbərliyi tərəfindən məktəbə dəvət olunub və məsələ ilə bağlı məlumatlandırılıb: “Bəzi kütləvi informasiya vasitələrinin hədsiz həssaslığı və ajiotaj yaratmaq həvəsi ilə məsələnin miqyasının şişirdilməsi cəhdləri qeydə alınır. Fateh Quluzadənin anası, ixtisasca həkim olan Məhsəti Səfərova da uşağının adından piar vasitəsi kimi istifadə edilməsi əməllərini pisləyib. Qeyd olunan məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri internat məktəbində olub, Sabunçu rayonu 14-cü polis bölməsinin əməkdaşı ilə birlikdə araşdırma aparılıb. Səhlənkarlığa yol verdiklərinə görə aidiyyəti şəxslər barəsində inzibati cəza tədbiri görülüb".


Teqlər:  





Xəbər lenti