`Kəlbəcərli girovların məhkəməsi qanunsuzdur` - Məmmədyarov

`Kəlbəcərli girovların məhkəməsi qanunsuzdur` - Məmmədyarov
  05 Noyabr 2014    Oxunub:1656
`Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlı girovlar üzərində məhkəmə qanunsuzdur`.
AzVision.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Kəlbəcərdə girov götürülmüş azərbaycanlıların azad olunması Azərbaycanın diqqət mərkəzindədir: "Biz onların azad olunması üçün hər şey edirik. Bu məsələ Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə də qaldırılıb. Vasitəçilər bu məsələ ilə məşğul olacaqlarını vəd ediblər".

Nazir bildirib ki, bu məsələ zaman tələb edir: "Ermənistanın insan hüquqları barədə danışmağa haqqı yoxdur. Bir milyondan artıq azərbaycanlının hüquqlarını pozan Ermənistanın insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur. Lidinqton bu gün ermənilərin təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulan qaçqın və məcburi köçkünlərlə görüşdü və öz gözləri ilə onların ağır vəziyyətini gördü".


Teqlər:





Xəbər lenti