“Kişilər aliment vermək istəmir” - PROBLEM

“Kişilər aliment vermək istəmir” - PROBLEM
  05 Noyabr 2014    Oxunub:1578
“Son illər Azərbaycanda boşanma hallarının sayı xeyli artıb”.
AzVision.az xəbər verir ki, bunu 2015-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentin Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, regional məsələlər komitələrinin birgə iclasında müzakirə zamanı ombudsman Elmira Süleymanova deyib. Ombudsman bildirib ki, boşanmalardan ilk növbədə usaqlar və qadınlar əziyyət çəkir:

“Xüsusilə alimentlərin verilməsində ciddi problemlər var. Boşanmalardan sonra bir çox kişilər aliment ödəməkdən imtina edirlər ki, bu da xeyli problemin yaranmasına səbəb olur. Ona görə də hesab edirəm ki, Azərbaycanda aliment fondu yaradılmalıdır. Dövlətimizin maliyyə imkanları da belə bir fondun yaradılmasına imkan verir".

E.Süleymanova qeyd edib ki, Azərbaycanda böyrək çatışmazlığı, dializdən əziyyət çəkənlərin sayı da xeyli dərəcədə artmaqdadır:

"Bu xəstəliklər son illərdə daha çox usaqlar, gənclər arasında özünü göstərməkdədir. Ona görə də Azərbaycan hökumətindən xahiş edərdim ki, növbəti ilin büdcəsində böyrək çatışmazlığı, dializdən əziyyət çəkən insanların müalicəsi üçün ayrılan vəsaitin həcmini artırsınlar. Buna çox ciddi ehtiyac var".

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti