“Belə universitetin necə reytinqi ola bilər?” – Abel Məhərrəmov

“Belə universitetin necə reytinqi ola bilər?” – Abel Məhərrəmov
  05 Noyabr 2014    Oxunub:2277
“Dünyada universitetlərin reytinqi müəyyənləşdirilərkən orada yataqxanaların olması da mütləq nəzərə alınır”.
AzVision.az xəbər verir ki, bunu 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentin Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, regional məsələlər komitələrinin birgə iclasında müzakirə zamanı millət vəkili, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhhərəmov deyib.

Rektor universitetin yataqxanasının olmamasından gileylənib: "BDU-da 21 min tələbə təhsil alır, 4 minə yaxın isə müəllim heyəti çalışır. Ancaq bu gün universitetin bir nəfərlik də olsun yataqxanası yoxdur. Yataqxanası olmayan universitetin hansı reytinqindən danışmaq olar? Hesab edirəm ki, artıq universitetlərin yataqxanalarla təmin olunması məsələsi öz həllini tapmalıdır".

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti