“Seriallarda narkomaniya təbliğ olunur”

“Seriallarda narkomaniya təbliğ olunur”
  05 Noyabr 2014    Oxunub:1381
“Ölkə başçısının sərəncamı ilə televiziyalarda serialların çəkilməsi üçün onlara vəsait ayrılır. Amma bu seriallarda nələrin təbliğ olunduğuna diqqət yetirilməlidir”. AzVision.az xəbər verir ki, bunu 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentin Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, regional məsələlər komitələrinin birgə iclasında müzakirə zamanı millət vəkili Çingiz Qənizadə deyib. Millət vəkili bildirib ki, hazırda ölkə telekanallarında yayımlanan serialların bir çoxunda narkomaniya, cəzaçəkmə müəssisələrindəki “vor zakon”lar və əxlaqsız yuvaların təbliğ olunur.

“Nə vaxt baxırsan öldürmək, atmaq və narkotik satmaq görürsən. Cənab prezident serialların çəklilməsi üçün humanistlik göstərib. Amma biz sadaladığım halların şahidi oluruq. Bunlara nəzarət edən bir qurum lazımdı. Bu sahə biabırçılıqdı”.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti