“Eldar Namazov hüquq müdafiəçisi deyil”

“Eldar Namazov hüquq müdafiəçisi deyil”
  05 Noyabr 2014    Oxunub:1323
“Xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı olmur. O əməkdaşlar həyatlarının sonuna qədər rəsmi və ya qeyri-rəsmi bu qurumun əməkdaşı hesab olunurlar, müəyyən tapşırıqlarını yerinə yetirirlər”.
AzVision.az bu fikirləri SİA-ya millət vəkili Çingiz Qənizadə Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovun və digər QHT təmsilçilərinin Finlyadiyada Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanla Qarabağ problemi ilə bağlı imzaladığı sazişə münasibətini bildirərkən deyib.

Millət vəkili vurğulayıb ki, ilk öncə Azərbaycan dövləti adından çıxış etmək hüququ ancaq Cənab Prezidentə və Xarici İşlər Nazirliyinə məxsusdur: “Hansısa vətəndaş cəmiyyəti təmsilçisi və yaxud da kifayət qədər sosial bazası olmayan, istər Eldar Namazov, istərsə də Arzu Abdulllayeva Qarabağ probleminin tənzimlənməsində rol oynaya bilməzlər, hansısa sənədə imza ata bilməzlər. Hər hansı bir sənəddə erməni ordusunun, seperatçı rejimin Dağlıq Qarabağı tərk etmələrinə dair bənd yoxdursa, bu kimi bir qondarma sənədin imzalanmasından söz gedə bilməz”.

Çingiz Qənizadə qeyd edib ki, bu cür görüşlər sadəcə xarici təşkilatlardan maliyyə dəstəyi almağa hesablanıb. Eldar Namazov hüquq müdafiəçisi deyil. Bunlar hüquq müdafiəçisi adı ilə bir ölkəyə gedirlər, bir neçə gün istirahət edirlər, sənəd imzalayaraq geri dönürlər. Bununla da vəzifələrini yerinə yetirmiş olurlar. Əslində donor təşkilat ki, bu məsələyə vəsait ayırıb, görüşü təşkil edib bu hesabatlıq xarakteri daşıyan məsələdir. Kimliyindən asılı olmayaraq Dağlıq Qarabağla bağlı hər hansı bir söhbət baş tutursa, hər hansı bir masa arxasında danışığa oturursa onun birinci növbədə sözü bu olmalıdır. Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırsanmı? Bunu qəbul etməyənlərlə hansı fonda əməkdaşlıq etmək olar və yaxud da hansı sənədə imza atmaq olar. 1995-ci ildən hüquq müdafiəçisiyəm. Bir dəfə də olsun erməni ilə hansısa masa arxasında oturmamışam”.

“Vətəndaş cəmiyyəti nümayəndələrinin imzaladığı bu cür sənədlər gələcəkdə ölkəmizə qarşı istifadə olunur”-deyə qeyd edən Çingiz Qənizadə həmçinin vurğuladığına görə, xarici təşkilatlar öz hesabatlarında qeyd edirlər ki, Azərbaycan vətəndaşları, vətəndaş cəmiyyətləri sülh istəyir, amma hakimiyyət buna imkan vermir: “Bu isə görün nə qədər absurd səslənir. Bu gün Ermənistanda əli azərbaycanlı qanına batan insanlar hakimiyyətdə təmsil olunursa, təbii ki, Dağlıq Qarabağ məsələsinin bizim xeyrimizə həll olunmasını istəmiyəcək. Bu baxımdan da ilk öncə ermənilərlə, ermənipərəst mövqelərlə əməkdaşlıq edənlər, hoqqabazlıqlar çıxaranlar, belə sənədlərə imza atanların özlərinə xələl gətirməkdən başqa bir işə yaramırlar”.

AzVision.az


Teqlər:





Xəbər lenti