“Müstəntiqlərin sayı artırılmalıdır” – Çingiz Qənizadə

“Müstəntiqlərin sayı artırılmalıdır” – Çingiz Qənizadə
  05 Noyabr 2014    Oxunub:1656
“Bu gün polis idarələrində müstəntiqlərin sayı 12-16 nəfər arasında dəyişir”.
AzVision.az xəbər verir ki, bunu 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentin Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, regional məsələlər komitələrinin birgə iclasında müzakirə zamanı millət vəkili Çingiz Qənizadə deyib. Milli Məclis üzvünün sözlərinə görə, hər bir müstəntiqin icraatında 15-dən çox cinayət işi ilə bağlı materiallar var.

“Cinayət işlərinin belə çox olmasından müstəntiqlər işinin öhdəsindən kifayət qədər obyektiv və səmərəli gələ bilmir. Burada insan haqlarının pozulması ilə bağlı məqamlar ortaya çıxır. Prokurorluqda, polis orqanlarında istintaq, təhqiqat, əməliyyat axtarış sistemlərinə nəzarət edən şöbə var. Bir prokurorluq əməkdaşı və polis idarələrində olan 12-16 müstəntiq, bunlarla bərabər təhqiqatçının materiallarına nəzarət etmək mümkün deyil. Büdcədə nələrisə saxlamaq şərti ilə həm polis orqanlarında müstəntiqlərin sayının artırılması, həm də prokrorluqda bu sahəyə nəzarət sisteminə diqqət yetirilməsi yaxşı olar”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti