Deputat Musa Qasımlıya vəzifə verildi

Deputat Musa Qasımlıya vəzifə verildi
  05 Noyabr 2014    Oxunub:6317
Millət vəkili, tarix elmləri doktoru, professor, Musa Qasımlı AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru vəzifəsinə təyin edilib.
AzVision.az-ın AMEA-nın saytına istinadən məlumatına görə, bu gün keçirilən AMEA-nın Rəyasət heyətinin iclasında bir sıra kadr təyinatları aparılıb.

Belə ki, kimya üzrə fəlsəfə doktoru Məlik Dəmirov AMEA-nın Təcrübə-Sənaye Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. Kimya elmləri doktoru Mirzə Mövsümzadə AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Mehbarə Səfərova AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fəridə Qəhrəmanova AMEA-nın Mikrobiologiya İnstitutunun elmi katibi vəzifəsinə təyinat alıb.


Teqlər:  





Xəbər lenti