`Hafka`nın 4 milyon pulunu alacaqlar

`Hafka`nın 4 milyon pulunu alacaqlar
  05 Noyabr 2014    Oxunub:1604
İş adamı Hafiz Məmmədovun sahibi olduğu Fransanın "Lans" klubunun prezidenti Jerve Martel Azərbaycanda səfərdədir.

Qol.az xəbər verir ki, Martel "Lans"a olan 4 milyon avro borcun klubun hesabına köçürülməsi ilə əlaqədar ölkəmizə gəlib. Bununla bağlı J.Martelin klubun rəsmi saytında yaydığı açıqlama deyilir:

"Biz "Bank of Azerbaijan"dan lazımi təminat sənədlərini almışıq. Onlar tərəfdən yaxın 15 gün ərzində ödəniş həyata keçiriləcək. Üstəlik, gələn ilin yanvar ayına qədər daha 14 milyon "Lans"ın hesabına keçiriləcək. Azərbaycan tərəfinə maliyyə məsələlərinə diqqətlə yanaşdığı üçün təşəkkür edirəm". "Lans"ın prezidenti həmçinin noyabrın 8-də Fransa Liqasının 13-cü turunda "Bordo" ilə keçiriləcək oyundan sonra 3 futbolçunun transferinin rəsmiləşəcəyini bildirib. Həmin futbolçular Samuel Atru, Benjamin Bulenj və Landri N Quemodur. Xatırladaq ki, yüksək liqada iştirak üçün üzvlük haqqını tam ödəmədiyinə görə "Lans"ın transfer etməsinə qadağa qoyulub.


Teqlər:  





Xəbər lenti