Bakıda məktəb yanır: xəsarət alan yoxdur(YENİLƏNİB)

Bakıda məktəb yanır: xəsarət alan yoxdur(YENİLƏNİB)
  06 Noyabr 2014    Oxunub:3074
51 nömrəli məktəbdə baş verən yanğın zamanı xəsarət alan olmayıb.
Bu barədə AzVison.az-ın hadisə yerində olan əməkdaşına polis işçisi məlumat verib. Onun sözlərinə görə, məktəb yanğınla əlaqədar olaraq tam şəkildə boşaldılıb.

***
Bu gün səhər saatlarında Səbail rayonu, 20-ci sahə qəsəbəsində yerləşən 51 nömrəli məktəbdə yanğın hadisəsi baş verib.

AzVision.az-ın məlumatına görə, yanğınla əlaqədar olarq məktəbin şagird və müəllim heyəti təxliyyə edilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 5 yanğınsöndürən, 2 təcili tibbi yardım maşını cəlb edilib.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində olan qısaqapanma olduğu bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Fatimə Kərimli
AzVision.az





Teqlər:  



Xəbər lenti