Şagirdlər sabahdan dərsə gedə biləcəklər

Şagirdlər sabahdan dərsə gedə biləcəklər
  06 Noyabr 2014    Oxunub:2138
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gün səhər saatlarında 51 nömrəli məktəbdə baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
İdarədən AzVision.az-a verilən məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb:

`Səhər saatlarında 51 nömrəli orta məktəbdə qısaqapanma səbəbi ilə yanğın baş verib. Bu zaman məktəbdə olan şagirdlər və müəllim kollektivi təxliyyə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Məktəbdə tədris sabahdan etibarən bərpa olunacaq`.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  



Xəbər lenti