Məktəbdəki yanğın söndürülüb –Rəsmi açıqlama

Məktəbdəki yanğın söndürülüb –Rəsmi açıqlama
  06 Noyabr 2014    Oxunub:1515
Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 51 saylı orta məktəbdə baş vermiş yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirlikdən AzVision.az-a daxil olan məlumata görə, yanğın məktəbin birinci mərtəbəsində elektrik şitində baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın 12 kv.m sahəni əhatə edib. Şagirdlər təxliyə olunmuşdur xəsarət alan yoxdur. Yanğın söndürülüb.


Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti