571 tələbə xaricə göndərilir

571 tələbə xaricə göndərilir
  06 Noyabr 2014    Oxunub:1947
2014-2015-ci tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı”na keçirilən müsabiqə başa çatıb.
AzVision.az xəbər verir ki, bu barədə bu gün Təhsil Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli məlumat verib.

O bildirib ki, bu il ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub:

“Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsabiqələr nəticəsində dnüyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 571 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib”.

Həsən Həsənli bildirib ki, bu il xaricdə təhsillə bağlı yenilik olub. Belə ki, tələbələrə ayrılan pulun onlara təqdim olunma forması dəyişib:

“Əvvəllər onlara ayrılan pul tələbələrin hesabına köçülürdü və bu da vaxt itkisinə səbəb olurdu. Bu ildən tələbələrə dövlət proqramı kartları təqdim olunub. Bu kartlar vasitəsilə bütün ödəmələr həyata keçirilir”.

Həsən Həsənli onu da vurğulayıb ki, dövlət proqramı gələn il də davam edəcək: “Tələbələrin xaricə göndərilməsi ilə yanaşı xarici elmi və akademik heyətin Azərbaycandakı ali təhsil müəssisələrinə cəlb olunması nəzərdə tutulub. Bununla bağlı hazırda iş aparılır”.


Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti