“İpoteka məbləğini artırmaq olar” - Deputat

“İpoteka məbləğini artırmaq olar” - Deputat
  06 Noyabr 2014    Oxunub:1373
“İlkin ödəniş gənc ailələrin ipoteka ilə mənzil almasına mane olur”.

AzVision.az xəbər verir ki, bunu 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentin elm və təhsil, mədəniyyət, regional məsələlər, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları komitələrinin birgə iclasında müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

Milli Məclisin üzvü bildirib ki, ipoteka üçün tələb olunan ilkin ödəniş ləğv olunmalıdır:

“İlkin ödəniş aradan qaldırılmalıdır. Çünki, gənc ailələr ilkin ödənişi kimi tələb olunan 5, 7, 10 min manatı toplaya bilmirlər. Ona görə hesab edirəm ki, ilkin ödəniş ləğv olunsa, bu problem həllini tapmış olar”.

Q. Həsənquliyev sosial ipotekaya 50 mln. manat vəsaitin ayrılmasını müsbət hal hesab edib. Millət vəkili qeyd edib ki, bu məbləği bir qədər də artırmaq olar.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti