Elektron dərsliklərin sayı artır

Elektron dərsliklərin sayı artır
  06 Noyabr 2014    Oxunub:2139
“İlin sonuna qədər elektron dərslik portalına 7-ci sinif dərsliyi əlavə olunacaq”.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev məlumat verib. O vurğulayıb ki, hazırda portalın Azərbaycan bölməsində yalnız 6-cı sinif dərsliyi var:

“Dərsliklərin əldə olunması, elektron resursların yaradılması baxımından təhsil ictimaiyyəti üçün yararlı resursdur. Növbəti mərhələdə, yəqin ki, ilin sonuna qədər 7-ci sinif, 2-ci və 3-cü sinif dərsliklərini yerləşdirəcəyik”.

E.Əmrullayev bildirib ki, bu günə qədər 4 min nəfər elektron dərslikdən istifadə edib, portalda 20 minə yaxın səhifə açılıb: “Həmçinin bu portal imkan verir ki, nazirlik müxtəlif kitablara olan marağı öyrənsin. Məsələn, Azərbaycan dili və Riyaziyyat fənnləri daha çox istifadə olunan dərsliklər arasındadır”.

Mətbuat konfransında çıxış edən Emin Əmrullayev portaldan istifadə və onun üstünlükləri haqqında jurnalistləri məlumatlandırıb: “Bu sistemin digər üstünlüyü də dərsliklərdəki xətaların operativ aradan qaldırılmasına imkan verir”.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti