Direktor müavini olmaq istəyirsiniz?

Direktor müavini olmaq istəyirsiniz?
  06 Noyabr 2014    Oxunub:1813
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müsabiqə keçirilir.
İdarədən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, ümumtəhsil məktəblərində təlim – tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müsabiqə keçirilir.

Pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili, ən azı 3 il pedaqoji stajı olanlar təlim-tərbiyə işləri üzrə direktor müavini, ali pedaqoji təhsili, təlim - tərbiyə sahəsində 3 il iş stajı olanlar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), ali və ya orta ixtisas təhsili olanlar (iş stajına tələb qoyulmadan) isə laborantlar üçün təşkil olunan müsabiqədə iştirak edə bilərlər.

Qeyd edək ki, müsabiqə 3 mərhələdən ibarət olacaq. I mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər 17 - 24 noyabr tarixlərində bakuedu.az saytında qeydiyyatdan keçə bilərlər.

Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbulla əlaqədar BŞTİ – nin təşkil etdiyi müsabiqədə iştirak etmək istəyənlər üçün lazım olan sənədlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti
2. Ali təhsili və ya orta ixtisas təhsili başa vurması barədə diplomun surəti
3. Əmək kitabçasının surəti (laborantlar üçün ancaq olduğu halda)

Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra II mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər üçün imtahan təşkil olunacaq, imtahandan uğurla keçən namizədlər isə III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcəkdir.
Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ – nin kadrlar bazasında toplanılacaqdır. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin işlə təmin olunacaqları nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti