`Xədicə İsmayıl şizofrenikdir`

`Xədicə İsmayıl şizofrenikdir`
  06 Noyabr 2014    Oxunub:1323
“Dünən “Azadlıq radiosu”ndan partiyaların bələdiyyə seçkilərində iştirakı ilə bağlı mənə zəng edib, canlı efirə qoşmuşdular. Bir saat efir zamanı mənim 5 dəfə telefonum kəsildi. Xədicə İsmayıl bunun texniki qüsurla əlaqələndirdi. Mənim telefon xəttim kəsiləndən sonra orda danışanları eşitmək imkanım olmayıb. Təkrar baxdıqda isə gördüm ki, Xədicə mövzuya heç bir aidiyyəti olmadan Əli Kərimlinin təblığatını aparıb və məni AXCP sədrinin müavini kimi təqdim edib”.

Bu sözlər BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıya aiddir. BAXCP rəsmisi X. İsmayılın “Azadlıq radiosu”nu Əli Kərimlinin təbliğat vasitəsinə çevirdiyini deyib:

- Xədicə İsmayıl 20 ildir ki, Əli Kərimlinin təblığatıyla məşğul olub və “Yurd” birliyinin əsas aparıcı jurnalistlərindən biridir. Xədicə İsmayıl “Azadlıq” radiosundan istifadə edərək, hər zaman Əli Kərimlinin qanunsuz təbliğatı ilə məşğul olur. Onun iddiasına cavab olaraq deyirəm: Xədicə İsmayıl, Allah eləməsin ki, mən Əli Kərimlinin müavini olum... Xədicə İsmayılın Əli Kərimlinin müavinlərini ittiham etmək səlahiyyətini ona elə Əli Kərimli verib. O, özünü artıq elə bir statusda görür ki, sanki radikal müxalifətin “anası”dır. Bu adam artıq "şizofreniya" xəstəliyinə tutulub. Bu adama başqa nə demək olar?!”


Teqlər:





Xəbər lenti