“Harada salam verməmişəm?” - Cəmil Həsənlidən cavab

“Harada salam verməmişəm?” - Cəmil Həsənlidən cavab
  06 Noyabr 2014    Oxunub:1316
Müsavat partiyasının məclis üzvü Mustafa Hacıbəyli mətbuata açıqlamasında Milli Şuranın sədri, professor Cəmil Həsənlini ağır ittiham edib.
AzVision.az xəbər verir ki, O, C.Həsənlinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin diqtəsi ilə hərəkət etdiyini vurğulayıb:

“Cəmil Həsənli Əli Kərimlinin qorxusundan Milli Şuranın mitinqində bizə, İsa Qəmbərə salam vermədi. Görünür, o, Əli Kərimlidən çəkindiyi üçün belə addım atdı. Bu, Cəmil Həsənliyə yaraşmayan hərəkətdir”.

Milli Şuranın sədri, professor Cəmil Həsənli isə aznews.az-a açıqlamasında bildirib ki, o, Mustafa Hacıbəylinin ittihamına cavab verməyəcək:

“Mən anlaya bilmirəm, harada salam verməmişəm? Mənim Mustafa Hacıbəylinin ittihamı ilə bağlı heç bir şərhim olmayacaq”.


Teqlər:  





Xəbər lenti