Müdafiə Nazirliyindən Ermənistana CAVAB

Müdafiə Nazirliyindən Ermənistana CAVAB
  06 Noyabr 2014    Oxunub:1357
Azərbaycanın Müdafiə Nazirliyi işğal olunmuş ərazilərimizdə Ermənistanın hərbi təlimlər keçirməsinə cavab verib.
AzVision.az saytının məlumatına görə, Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması rəsmi Yerevanın hərbi-siyasi rejiminin ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin növbəti mərhələsidir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Ermənistan Respublikası torpaqlarımızın işğal olunmasına bilavasitə cavabdehlik daşıyır və gələcəkdə regionda baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz Yerevan rəhbərliyinin üzərinə düşür.


Teqlər:





Xəbər lenti