Stadionda yaralanan şəxsin həkimi danışdı - YENİLƏNDİ

Stadionda yaralanan şəxsin həkimi danışdı - YENİLƏNDİ
  07 Noyabr 2014    Oxunub:1810
UEFA Avropa liqasinin qrup mərhələsinin növbəti oyunu zamanı Bakıda keçirilən “Qarabağ” – “Dnepr” oyunu zamanı bədbəxt hadisə qeydə alınıb.
Xəsarət alan Sabir Mirzəyev başından travma alıb, onun bud nahiyəsi sınıb.

AzVision.az xəbər verir ki, bu barədə anspress-ə 1 saylı şəhər Kliniki xəstəxanasının həkimi Şəmsi Əhmədov məlumat verib.

Onun sözlərinə görə, Sabir Mirzəyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Həkim onun evə nə vaxt buraxılacağının hələlik dəqiq bilinmədiyini dedi.

***
22.05

`Qarabağ`ın bu gün keçirilən oyunundan öncə stadiona azarkeşlərin girişi zamanı sıxlıq yaranıb.

Stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində bir nəfər xəsarət alıb.

Yaralı gənc təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan aldığımız məlumata görə, hadisə vaxtı xəsarət alan Sabir Mirzəyev müayinə olunur.

Hələlik onun aldığı xəsarətlərin dərəcəsi müəyyən edilməyib.

***




Teqlər:  





Xəbər lenti