Qadın evində yanaraq öldü

Qadın evində yanaraq öldü
  07 Noyabr 2014    Oxunub:1091
Bu gecə Gəncədə ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 17 kv.m birotaqlı mənzildə baş verib. Nəticədə ev əşyaları 3 kv.m sahədə qismən yanıb.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi 1967-ci il təvəllüdlü İsmayılova Pərvanə Əziləddin qızının meyiti aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti