Tank əleyhinə 15 mina aşkarlanıb

Tank əleyhinə 15 mina aşkarlanıb
  07 Noyabr 2014    Oxunub:995
Oktyabr ayı ərzində Azərbaycanda 4,173,583 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumat yayıb. Məlumatda bildirilir ki, 80 PHS, 11 ədəd piyada əleyhinə mina və 15 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 272,649,223 kvadrat metr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690,787-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Qazax, Xocavənd, Şəmkir, Tərtər eyni zamanda Bakı şəhərinin, Qaradağ rayonu Səngəçal qəsəbəsində davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti