BQXK azərbaycanlı girovlara baş çəkib

BQXK azərbaycanlı girovlara baş çəkib
  07 Noyabr 2014    Oxunub:1286
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara növbəti dəfə baş çəkiblər.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova AzVision.az-a açıqlamasında bildirib ki, iki gün öncə azərbaycanlı girovlarla görüş olub. BQXK-nin rəsmisinin sözlərinə görə, ailə məlumatları onlara çatdırılıb və onlardan da ailələrinə çatdırılması üçün məlumat alınıb.

Erməni girovluğunda olan Şahbaz Quliyevin qardaşı İlham Quliyev AzVision.az-a açıqlamasında bildirib ki, qardaşı ilə görüşün olması barədə onlara hər hansı bir məlumat verilməyib:

“Ümid edirəm ki, bu gün görüşlə bağlı bizə də məlumat veriləcək. Qardaşıma məktub yazmışdım. İki gün öncə görüş olubsa, bu günlərdə onunda bizə yazdığı məktubu alarıq”.

Xatırladaq ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov bu ilin 29 iyun tarixində yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüb. Onlarla birlikdə olan Həsən Həsənov isə öldürülüb. Ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti