Tələbələr Mübariz İbrahimovun məzarını ziyarət ediblər

Tələbələr Mübariz İbrahimovun məzarını ziyarət ediblər
  07 Noyabr 2014    Oxunub:1270
Bu gün Azərbaycan torpaqları uğrunda qəhrəmancasına şəhid olan qəhrəmanlarımızın Mübariz İbrahimovun və Fərid Əhmədovun II Şəhidlər xiyabanında dəfnlərindən 4 il ötür.

AzVision.az xəbər verir ki, qəhrəmanlarımızın dəfninin ildönümü ilə əlaqədar Bakı Ali Neft Məktəbinin tələbələri II Fəxri xiyabanda Milli Qəhrəman Mübariz İbrahimovun və şəhid Fərid Əhmədovun qəbrini ziyarət edib, məzarları üstünə gül dəstələri qoyublar və onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti