`O necə aparıcı ola bilər ki?` - Aytən Səfərovadan şok sözlər

`O necə aparıcı ola bilər ki?` - Aytən Səfərovadan şok sözlər
  07 Noyabr 2014    Oxunub:3345
ANS TV-nin "Salam Azərbaycan" verilişinin aparıcısı Aytən Səfərova bəzi həmkarlarının savadsızlığına əsəbiləşib.
`AzVision.az-ın məlumatına görə, aparıcı "Facebook" səhifəsində qeyri-peşəkar həmkarlarını sərt tənqdi edərək, onları savadsızlıqda ittiham edib:

`Aparıcı "Sevilya bərbərini tanımayan, Fiqaronun kim olduğunu bilməyən, "təmsil"in nə olduğundan bixəbər olan, bəsit şəhər və paytaxt, ölkə adlarını biabırcasına tələffüz edən şəxs necə aparıcı ola bilər?! Mən şokdayam. Mən belə biabırçılığın əleyhinəyəm. Nə olsun ki, hansısa kursu bitirib?! Qabı dayaz olan insanı nə qədər öyrətsən də o, "qab"ın kənarından töküləcək və israfa gedəcək. Biabırçılıqdır VALLAH."-deyə A.Səfərova qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti