Prezidentin müşaviri kilsəni muzey edir

Prezidentin müşaviri kilsəni muzey edir
  07 Noyabr 2014    Oxunub:2053
Azərbaycanda Dini biliklərin aşağı olması özünü göstərir.Belə olmasaydı, bəzi rayonlarda bəzi yeniyetmələr təmiz islam dininə yad təmayüllərə uymazdılar.
AzVision.az-ın məlumatına görə, bu barədə “Azərbaycan” qəzetinə müsahibəsində prezident İlham Əliyevin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla bildirib.

Kamal Abdulla "Dini abidələrimizdə tarixin izləri"proqramının reallaşdırılması barədə də danışıb: “Qazaxda bir kilsədə olarkən gördüm ki, bu, təmir olunmuş bir abidədir, ancaq gələni yoxdur. Rus Pravoslav Kilsəsinin başçısı arxiyepiskop Aleksandr Ataya təklif etdim, o, kilsənin Multikulturalizm Muzeyinə çevrilməsinə ürəklə razılıq verdi. İndi bu istiqamətdə işlər aparılır. Azərbaycanda məscid ilə kilsənin, sinaqoqun dünyanın heç bir yerində analoqu olmayan anlaşıqlı, səmimi, dərin qarşılıqlı hörmətə əsaslanan münasibəti var. Bu münasibətin əsl katalizatoru bir tərəfdən əgər cəmiyyətdirsə, digər tərəfdən dövlətdir. Elə bilirəm, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu istiqamətdə həyata keçirəcəkləri dəyərli layihələrlə cəmiyyətimizi sevindirəcəklər”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti