Sabah hava yağmursuz olacaq
Səhər zəif duman olacaq, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-7, gündüz 13-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, şimal və şərq rayonlarında yağış yağacaq. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 11-16 dərəcə isti olacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


