Qadın öz evində yandırılıb

Qadın öz evində yandırılıb
  07 Noyabr 2014    Oxunub:1428
Gəncədə qadın yaşadığı mənzildə yandırılıb.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Ü.Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib və 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.

Yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb.

Gəncə ŞBPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti