Xəzərdə iki balıqçı xilas edilib

Xəzərdə iki balıqçı xilas edilib
  07 Noyabr 2014    Oxunub:2337
Bakı şəhəri, Qaradağ rayonu ərazisində sahildən 8 km aralıda 2 balıqçı qayığın yanacağının bitməsi səbəbindən dənizdə köməksiz vəziyyətdə qalıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, FHN dalğıc-xilasediciləri vətəndaşları xilas edib və qayığı yedəyə alaraq sahilə çıxarıblar. Əməliyyat saat 13:27-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti