Nazirlikdən 467 min manatlıq CƏRİMƏ

Nazirlikdən 467 min manatlıq CƏRİMƏ
  07 Noyabr 2014    Oxunub:1533
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 16-31 oktyabr 2014-cü il tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 197 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 87 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 28 iş üzrə 467600 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 19 iş üzrə 202396.14 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 176 iş üzrə 26945.7 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra qurumlarına isə 21 iş göndərilib.


Teqlər:





Xəbər lenti