Heydər Əsədov Xaçmazda vətəndaşlarla görüşüb

Heydər Əsədov Xaçmazda vətəndaşlarla görüşüb
  07 Noyabr 2014    Oxunub:1422
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata, Kənd təsərrüfat naziri Heydər Əsədov noyabrın 7-də Xaçmaz şəhərindəki Tarix Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edib.

Müraciətlərin əksəriyyəti suvarma sistemində yaranan problemlər, subsidiyaların miqdarı, kənd təsərrüfatı texnikalarının güzəştli kreditlər hesabına alınması, toxumçuluğun inkişaf etdirilməsi, heyvanlar arasında yaranan xəstəliklər və işlə təminat ilə bağlı olub.

Qəbul zamanı vətəndaşların qaldırdıqları bir çox məsələlər yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınaraq nəzarətə götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti