TQDK `rus dili`ni müzakirə etdi

TQDK `rus dili`ni müzakirə etdi
  08 Noyabr 2014    Oxunub:1864
Ümumtəhsil məktəblərinin I-IV siniflərində istifadədə olan “Rus dili” (Ana dili kimi, rus bölməsi üzrə) dərslik dəstlərinin elmi-metodiki monitorinqi ilə bağlı seminar olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a bildiriblər ki, müəllim və mütəxəssislərin iştirak etdikləri seminarda dərslik dəstləri məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib.

Seminar “Dərslik Portalı”nda canlı yayımlanıb.

Müzakirə davam etdiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti