Füzuli Ələkbərovun federasiyasındakı maaş qalmaqalına aydınlıq gətirildi

Füzuli Ələkbərovun federasiyasındakı maaş qalmaqalına aydınlıq gətirildi
  08 Noyabr 2014    Oxunub:1662
Dünən bir sıra KİV-də Füzuli Ələkbərovun rəhbərlik etdiyi Cüdo Federasiyasında maaş qalmaqalı ilə bağlı xəbərlər yayılmışdı. Yayılan məlumatlarda deyilirdi ki, idmançılar iki aydır ki, federasiyadan maaşlarını ala bilmir. Hətta bildirilirdi ki, cüdoçular federasiyanın rəhbəri Füzuli Ələkbərovun özü ilə görüşmək istəsələr də, bəzi səbəblərdən bu baş tutmayıb.
AzVision.az xəbər verir ki, ucnoqta.az-ın əməkdaşı məsələ ilə bağlı Cüdo federasiyasının prezidenti Füzuli Ələkbərovla əlaqə saxlasa da, açıqlamanı federasiyanın baş katibi Elnur Camalxanov verib. Onun sözlərinə görə fedreasiyada maaşların verilməməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. "Bizim idmançılar Abu-Dabidən dünən gəliblər. "Böyük dəbilqə" turnirində 1 qızıl, 1 gümüş, 2 də bürünc medal qazandılar.

Maaşların verilməməsi ilə bağlı yayılanlar isə doğru deyil. Bundan qabaqkı maaşı keçən ayın 1-də federasiyada hamı alıb. Bundan sonra isə idmançılar gediblər Abu-Dabiyə və Azərbaycana dünən qayıdıblar.

Onlara aparıb Dubayda maaş verəsi deyilik ki? Dünən gəliblər, maaşlarını da alıblar. Bəzi ağzıgöyçəklər ağıllarına nə gəldi yazırlar. Çayxana söhbətlərini saytlara yerləşdirirlər. Burda maaşlarla bağlı heç bir problem yoxdu.".

Onu da qeyd edək ki, Elnur Camalxanov açıqlamasında bildirdi ki, bu yaxınlarda cüdoçularımız Koreyada daha bir beynəlxalq turnirdə iştirak edəcəklər


Teqlər:  





Xəbər lenti