Atəşkəs 37 dəfə pozulub

Atəşkəs 37 dəfə pozulub
  08 Noyabr 2014    Oxunub:1191
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub.
Müdafiə Nazirliyindən AzVision.az-a daxil olan məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Göyarx, Qızıl Oba, Nəmirli, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti