“Onlar fərqlənən insanlardır” - Vasif Talıbov

“Onlar fərqlənən insanlardır” - Vasif Talıbov
  08 Noyabr 2014    Oxunub:1622
Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, “Şöhrət” ordeninin, “Tərəqqi”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimatı mərasimi keçirilib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov deyib ki, hər bir ölkənin inkişafında onun insanlarının rolu əvəzsizdir: “Əgər bir ölkədə sabitliyin təminatçısı dövlətdirsə, inkişafın da hərəkətverici qüvvəsi onun insanlarıdır. O ölkə inkişaf edir ki, orada sabitlik, inkişaf və bu inkişafın qarantı olan vətənpərvər insanlar vardır. Bu gün Azərbaycandakı sabitlik, sosial-iqtisadi inkişaf, həyata keçirilən tədbirlər ölkəmizin etibarlı gələcəyindən xəbər verir”.

Ali Məclisin sədri deyib: “Azərbaycanda müxtəlif sahələri əhatə edən dövlət mükafatları təsis olunub. Fəaliyyətləri ilə seçilən, ölkəmizə və xalqımıza ləyaqətlə xidmət edən şəxslər bu mükafatlara layiq görülürlər. Bu gün təltif olunanlar da müxtəlif sahələrdə öz əməkləri ilə nümunə göstərən, fərqlənən insanlardır”.

Vasif Talıbov nümunəvi fəaliyyət göstərdiklərinə görə təltif olunanlara təşəkkürünü bildirib.


Teqlər:  





Xəbər lenti