Azərbaycanda bir gündə 62 cinayət
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 29 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


